Yeni mövsümdə II Liqada yeni komanda mübarizə aparacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu kollektiv Şimal zonasını təmsil edir.
Mənbəmizin sözlərinə əsasən, "Xudat FK" liqanın debütantı olacaq. Hətta klub liqada layiqli çıxış etmək üçün heyəti gücləndirməyə çalışır. Ötən mövsüm "Hypers Quba"nın fotrmaslını geyinən, millinin sabiq üzvü Cavid İmamverdiyev yeni "futbol ili"ndə bu komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, başa çatan mövsümün yekunlarına görə, Regon Liqasının qalibi "Xankəndi" və "Şirvan" II Liqada çıxış etmək hüququ qazanıb.