Bu gün II Liqada 21-ci tur start götürəcək. Sport24.az xəbər verir ki, ilk gündə 4 oyun keçiriləcək.
I Liqaya vəsiqəni təmin edən "Şahdağ Qusar" səfərdə "Göygöl ilə qarşılaşacaq."Şəki Siti" "Qusar"la üz-üzə gələcək. I Liqaya yüksələn "Şəfa" "Haypers Quba" ilə qarşılaşacaq. "Lerik" isə "Dinamo"nu qəbul edəcək.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək
15 aprel (çərşənbə axşamı)
16:30. "Göygöl" – "Şahdağ Qusar"
Göygöl OİK stadionu
16:30. "Haypers Quba" – "Şəfa"
Quba OİK stadionu
16:30. "Şəki Siti" – "Qusar"
Şəki şəhər stadionu
16:30. "Lerik" – "Dinamo"
Lənkəran OİK stadionu