Bu gün I Liqada 16-cı tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, 2-ci oyun gününə 4 matç nəzərdə tutulub.

 

Turun mərkəzi oyunu Qəbələdə olacaq. Lider "Qəbələ" 2-ci pillədəki "Karvan"ı qəbul edəcək.

 

"Qaradağ Lökbatan" "İmişli"ni, MOİK "Zaqatala"nı, "Mingəçevir" isə "Difai"ni qonaq edəcək.  

 

Qeyd edək ki, dünən keçirilən matçda ""Bakı Sportinq" "Cəbrayıl"ı minimal hesabla üstələyib - 1:0. 

 

28 fevral (cümə)

14:00. "Qaradağ Lökbatan" – "İmişli" 

Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Qəzənfər  Məmmədov, Niyaz Əhmədov

Lökbatan OİK stadionu

14:00. MOİK – "Zaqatala" 

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev

Zaqatala OİK stadionu

14:00. "Mingəçevir" – "Difai" 

Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rəsul Babayev

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydanca)

15:00. "Qəbələ" – "Karvan"

Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Sənan Bayramzadə

Qəbələ şəhər stadionu