"Qarşımıza qoyduğumuz hədəfdən yayınmamışıq. Çempionluq iddiamız davam edir. Qarşıdakı 6 ağır oyunun hər biri bizim üçün finala bərabərdi. Əlimizdən gələnin ən yaxşısısı edəcəyik ki, mövsümü ilk pillədə tamamlayıb elitaya yüksələk". Bu sözləri Sport24.az-a açıqlamasında I Liqada mübarizə aparan "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlov deyib.


Klub rəsimisi həmçinin komandanın peşəkarlaşması və Premyer Liqa səviyyəsinə çatması üçün çalışdıqlarını da söyləyib: "Elitaya yüksəlməklə yanaşı, bu sahədə ciddi işlər də aparırıq. Premyer Liqada iştirak üçün müraciət etmişik. Baza, infrastrukturun yaxşılaşdırılmasın yönündə fəaliyyətimiz davam edir. Stadionumuzun ot örtüyün dəyişdirilməsi məsələsi də həll olunub. AFFA-ın dəstəyi ilə qazonumuzu yeniləcəyik. Mövsümün sonuncu ev oyunumuzdan sonra bu işə başlanılacaq".

 

Qeyd edək ki, hazırda aktivində 42 xal olan "İmişli" turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 45 xalla "Qaradağ Lökbatan" başçılıq edir  

ABDULLA İSMAYILOĞLU