Azərbaycan I Divizionunda 2021/2022-ci illər mövsümünün başlanma tarixi müəyyənləşib.

Sport24.az PFL-ə istinadən xəbər verir ki, 13 sentyabrda start götürəcək çempionat iki dövrədən ibarət olacaq və 13 komandanın iştirakı ilə keçiriləcək.

Ötən mövsüm I Divizionda 10 komanda çıxış etmiş və çempion “Neftçi-2” olmuşdu. Yeni mövsümdə “Zirə”, “Qəbələ” və “Səbail”in də əvəzedici komandaları mübarizəyə qoşulacaq.

Yeni mövsümdə I Divizionda aşağıdakı komandalar çıxış edəcək:

Neftçi-2
Zaqatala
Turan Tovuz
Sabah-2
Qarabağ-2
Keşlə-2
Kəpəz
Qaradağ Lökbatan
Sumqayıt-2
MOİK
Zirə-2
Səbail-2
Qəbələ-2