"Sumqayıt" Futbol Akademiyasının koordinatoru Hakan Sünal Almaniyaya dönüb. Sport24.az-ın əldə etdiyi məlumata görə, onun "kimyaçılar"da işini davam etdirib-etdirməyəcəyi hələ məlum deyil.

 

Hakan bəy Almaniyaya qayıtmamışdan öncə Riad Rəfiyevlə görüşüb. Klub prezidenti funsksionerlə bəzi məsələləri müakirə etsə də, müqavilə imzalanmayıb. Redaksiyamıza daxil olan bilgiyə əsasən, tərəflər arasında maliyyə məsələsində fikir ayrılığı yaşanır.

 

Qeyd edək ki, Türkiyə doğumlu almaniyalı mütəxəssis artıq 6 ilə yaxındır ki, "kimyaçılar"ın futbol akademiyasına rəhbərlik edir. Onun dönəmində akademiyanın neçə-neçə üzvü müxtəlif yaş qrupu üzrə millilərə dəvət alıb.