"Neftçi" yeni mövsümə hazırlığını Polşada davam etdirir. Sport24.az xəbər verir ki, bu gün "ağ-qaralar" Yunanıstanın "Asteras" klubu ilə yoxlama oyunu keçirməli idilər.

 

Keltse şəhərindəki "Pilkarski" stadionunda Bakı vaxtı ilə saat 19:00-da start götürməli olan qarşılaşma güclü yağış üzündən təxirə salınıb.