Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatı B divizionu B qrupunda məğlubiyyətləri sıralamaqda davam edir. Sport24.az xəbər verir ki, basketbolçularımız Rumıniyada keçirilən turnirdə bu dəfə Gürcüstan komandasına uduzublar - 66:82.

 

Rumıniya ilə ilk oyunda 34:60, Ukrayna ilə ikinci qarşılaşmada isə 67:71 hesablı məğlubiyyətlər qeydə alınıb.

 

3 turdan sonra Azərbaycan basketbolçuları 3 xalla sonuncu - 6-cı yerdə qərarlaşıblar.

 

Qeyd edək ki, U-18 millisi növbəti oyununu iyulun 29-da qrup ikincisi Portuqaliyaya qarşı keçirəcək. Matç Bakı vaxtilə 16:30-da başlayacaq.