Yunanıstanın Volos şəhərində atletika üzrə Balkan çempionatı (stadionda) keçirilir. Sport24.az xəbər verir ki, yarışda çıxış edən Azərbaycam idmançılarından İlahə Quliyeva 400 m məsafəyə qaçış növündə göstərdiyi 54,93 san nəticə ilə özünə məxsus olan U20 yaş kateqoriyası üzrə ölkə rekordunu yeniləyib.

 

O bu göstərici ilə çempionatda 10-cu yeri tutub.

 

Lamiyə Vəliyeva isə 100 m məsafəni 11,62 san qaçaraq 6-cı olub.

 

Əlhəm Nağıyev 100 m məsafəyə qaçışda 10,43 san nəticə ilə 7-ci yeri tutub.