Kipr çempionatında XXVI turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, "Apollon" evdə "Enosis"i 2:1 hesabı ilə məğlub edib.

Qış fasiləsində "Qarabağ"dan "Apollon"a keçən Donald Geryenin uğurlu debüt edib. Belə ki, matçda hesabı 69-cu dəqiqədə haitili sol cinah müdafiəçisi açıb. Bununla da 32 yaşlı Gerye debüt oyununda fərqlənməyi bacarıb.

Xatırladaq ki, "Apollon"un heyətində "Qəbələ" və "Neftçi"nin keçmiş hücumçusu Baqali Dabo da meydanda olub.