Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev bu il ilk avrokubok təyinatını alıb. Sport24.az xəbər verir ki, o, CEV kubokunun pley-off mərhələsi çərçivəsində qadınlar arasında "Türk Hava Yolları" və Belçikanın "Asteriks" klublarının görüşündə iş başında olacaq.

 

Komandaların cavab oyunu yanvarın 23-də İstanbulda baş tutacaq.

 

Qarşılaşmanın digər hakimi Aqnes Batkai-Katona (Macarıstan) olacaq. Ağayev bununla da mövsümdə 3-cü avrokubok görüşünə çıxacaq.