"Football Meets Data" 2025/2026 mövsümündə avrokuboklarda çıxış edən komandalarla bağlı analizlər aparır. Sport24.az xəbər verir ki, təsnifat mərhələlərindən mübarizəyə başlayan 237 klubla bağlı ehtimallar açıqlanır.

Çempionlar Liqasında mübarizə aparacaq 12 kollektivin müxtəlif turnirlərin Liqa mərhələsində iştirakı faizlərlə göstərilib.

"Qarabağ"ın Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasının əsas raunduna qatılma ehtimalı 99 faizdir.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.