Azərbaycan millisi FIFA reytinqində daha iki pillə geriləyəcək. Sport24.az-ın məlumatına görə, yığma 1148,09 xalla 124-cü sıraya düşəcək.

Komanda DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya səfərdə uduzub (0:5) və Bakıda Ukrayna ilə heç-heçə (1:1) edib.

Milli ötən reytinqdə 122-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, FIFA növbəti reytinqi sentyabrın 18-də açıqlanacaq.