"Bu gün ikinci məşqimizi edəcəyik". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçiriləcək Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

 

Mütəxəsiss bidlirib ki, ilk məşqdə komandanın zəif tərəflərini müzakirə ediblər: "Oyunçuların texiniki olaraq bəzi narazılıqları var idi ki, bunu müzakirə etdik. Futboçular bilir ki, çətinliyimiz olacaq. Komandadakı istəyi hiss edirəm. Ümumi hamısı normal səviyyədədir. Lakin onları oyun zamanı bir-birinə uyğunlaşdırmalıyıq".

 

- Bu gün daha qəmginsiz. Bundan öncəki mətbuat konfranslarında olduqca kefiniz yaxşı idi. Buna səbəb nədir?

- ⁠Mənim kefim çox normaldır. Çox da yaxşıyam. Sabah oyun var. Fikrimi sırf matça yönəltmişəm.

- ⁠Rəqib barədə nə düşünürsüz?

- ⁠Onların bir çox oyunlarını izləmişik. Boşluq verdikləri zamanlarıda analiz etmişik. Oyunçularımıza əsas verdiyimiz məsləhət onlar müdafiə olduğu zaman nələr diqqət etməliyik. Rəqibin hansı zamanda yaxşı olduğunu bilməliyik.

- ⁠Heyəti açıqlayanda dediniz ki, futbolçular milliyə klubdan gəliblər və necədirlərsə elə də çıxış edəcəklər. Siz bununla uğursuz çıxışın qarşını alırsınız ya necə?

- ⁠Mən onların fiziki durumları ilə bağlı çətinlik görmürəm. Onların hamısı öz formasındadır. İnanıram ki, bu da sabah yetərli qədər bizə bəs edəcək.

- Seçdiyiniz lider futbolçu millidə kimdir?

- ⁠İndividual olaraq bizdə heç nə yoxdur. Bizim üçün hər şey komandadır.

- ⁠Nəriman Axundzadənin hansı cəhətinə görə milliyə cəlb etmisiniz?

- Mən oyunçular barədə tək-tək danışmıram.

- ⁠Qapıçı olaraq sabah kimi əsas heyətə buraxacaqsız?

- ⁠Bunu özümdə hələ ki, bilmirəm.