"Qarşılaşmadan sonra yalnız hesabı gördüm. "Qarabağ" klubundakı dostumla danışdım, onu təbrik etdim". Sport24.az xəbər verir ki, bu sözləri Türkiyənin "Fənərbağça" klubunun prezidenti Ali Koç "TRT Spor"da iştirak etdiyi verilişdə deyib.
Funksioner Azərbaycan təmsilçisini UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada "Benfika"nı məğlub etməsi münasibəti ilə təbrik edib:
"Qarabağ"dan ürəkdən bağlı olduğumuz klubdur. Onlara salamlarımı çatdırıram. "Benfika"nın baş məşqçisini göndərdiyini və Mourinyo ilə anlaşdığını matçdan sonra səhər saatlarında gördüm. Doğrudursa, həyatın qəribə təsadüfüdür".
Qeyd edək ki, "Qarabağ" səfərdə "Benfika"nı 3:2 hesabı ilə üstələyib.