“Sensasiyalı nəticələri və gözlənilməz heç-heçələri bir kənara qoysaq, dünya çempionatında ən çox güvəndiyim komanda İspaniya yığmasıdır”.

Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022 barədə danışarkən deyib.

İtaliyalı çalışdırıcı DÇ-2022-də sürpriz nəticələrin qeydə alınmasından məmnun olduğunu bildirib. O, ispaniyalı həmkarı Luis Enrikenin titulu qazanmasını arzuladığını dilə gətirib:

“Luis Enrike həyatın ondan aldıqlarından sonra bu turniri qazana bilsə, çox sevinərəm”.

Canni de Byazi İtaliya milli komandasının turnirdən kənarda qalmasına münasibət bildirib:

“İtaliya uğursuzdur. Avropa çempionluğunu qazanmış komandanın ardınca iki dünya çempionatından kənarda qalmasını düşünmək anormallıqdır”.

E qrupunda 4 xalla ikinci yerdə qərarlaşan İspaniya millisi pley-off mərhələsində Mərakeşlə qarşılaşacaq.