Misli Premyer Liqasında 9-cu turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, altı matçda ümumilikdə 3200 tamaşaçı qeydə alınıb.

"Karvan-Yevlax" - "Turan Tovuz" (1:2) görüşündə 300, "Kəpəz" - "İmişli" (0:3) duelində 400, "Araz-Naxçıvan" - "Sabah" (2:2) oyununda 250, "Zirə" - "Sumqayıt" (1:0) matçında 800, "Qəbələ" - "Neftçi" (0:2) qarşılaşmasında 600, nəhayət "Qarabağ" - "Şamaxı" (0:0) görüşündə 850 fanat olub.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada baş tutan 53 oyunda ümumilikdə 54 min 646 tamaşaçı olub. Yəni orta hesabla hər matça 1031 nəfər gəlib.