"Bu gün hər üç təmsilçimizi ağır sınaq gözləyir. Amma gəlin neqativə köklənməyək və hər bir klubumuzun uğur qazanmasına ümid edək". Bu sözləri Sport24.az-a açıqlamasında Elxan Abdullayev deyib.

Təcrübəli mütəxəssis saytımıza açıqlamasında klublarımızın rəqibləri barədə danışıb və şansları dəyərləndirib: "Komandalarımızın rəqiblərinin oyunlarını yaxından təhlil etməmişəm. Ona görə tatktiki və texniki cəhətdən nəsə deyə bilmərəm. Amma reytinq və ad-san baxımından ən çətin rəqib "Sabah"ındı. İsrail klubunun avrokuboklarda böyük təcrübəsi var. "Bayquşlar"ın uğur qazanması bir qədər çətin olacaq. Digər klublarımızdan "Zirə"ni daha hazırlıqlı hesab edirəm. Ən azı onlar digər təmsilçilərimizlə müqayisədə avrokuboklara tez qoşuldu. Rəşad Sadıqovun komandası "Şerif"ə qarşı sərgilədiyi oyunu bir qədər də cilalasa, Slovakiya klubunu keçə bilər.

 

U-19-un baş məşqçisi "Sumqayıt" - "Fehervar" matçı barədə isə bunları dilə gətirib: "Macarları "Qəbələ" ilə oyundan tanıyırıq. Hazırda onların hansı səviyyədə olduğunu deyə biımərəm, amma "Sumqayıt"ın qarşısına avrokubok təcrübəsi böyük olan komanda çıxacaq. "Gənclik şəhəri"nin təmsilçisinə gəlincə, onlar ötən mövsüm çoxlarının gözləmədiyi yaxşı çıxış edib avrokuboklara vəsiqə qazandılar. Samir Abasov iddialı baş məşqçilərimizdəndi. O, bu cəhətini yetirmələrinə də aşılayıb. Hesab edirəm ki, "kimyaçılar" macarlara qarşı sona kimi mübarizə. Ümumilikdə hər üç klubumuzun mərhələ keçmək şansları var və bundan maksimum istifadə etmək lazımdı. Komandalarımıza uğurlar arzulayıram".

ABDULLA İSMAYILOĞLU