"Araz-Naxçıvan"a məğlubiyyətin səbəbi rəqibin ustalıq səviyyəsinin yüksək olmasıdır".
Bu sözləri Sport24.az saytına açıqlamasında "Karvan Yevlax"ın futbolçusu Eltun Turabov deyib.

Müdafiəçi Misli Premyer Liqasının 21-ci turunda "Araz-Naxçıvan"a uduzduqları oyunu şərh edib:

"Komanda olaraq bu qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Açığı, qol vurmaq üçün yaxşı fürsətlər yaxaladıq, sonda dəqiqlik çatmadı".

O, sonuncu yerdə gedən komandasının Premyer Liqada qalmaq şanslarını dəyərləndirib:

"Araz-Naxçıvan" isə əksinə ustalığının sayəsində əlinə düşən fürsətlərdən maksimum yararlandı. Qısa deyim ki, bunu zaman göstərəcək. Biz nə olursa olsun, bu yolu axıra kimi başa vurmalıyıq. Düşünürəm ki, komandamızı çempionatda saxlayacağıq. Bu artıq ayrı bir mövzüdur. Klubun gələcək strategiyasından çox şey asılıdır. Biz yenədə Allahdan xeyirlisinə ümid edirik. Ümid edirəm ki, toparlanıb qarşıdakı oyunlarda uğurlu nəticə göstərəcəyik".

Qeyd edək ki, "Karvan Yevlax" "Araz-Naxçıvan" matçı qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.