"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XVI turunda "Kəpəz"ə evdə 0:3 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 43 yaşlı mütəxəssis öncə görüş haqda danışıb

  •  
  • - Planda nə düzgün getmədi?
  •  
  • - Oyundan öncə planımız o idi ki, qələbə qazanaq. Biz də başa düşürdük ki, sonuncu pillədən qurtulmaq üçün qələbə önəmlidi. Həftəlik tsikldə də futbolçuların istəkli olduğunu görürdük. Sadəcə, oyun istədiyimiz kimi alınmadı. İlk dəqiqələrdən düşündüyümüz tempi də görmədik. Problem özümüzdədir. Rəqibə qələbə qazanmaq üçün hər şansı verdik. Onlar da bundan istifadə etdi.
  •  
  • - Dediniz ki, futbolçular istəkli idi. Ola bilər ki, istək oyunçulara imkan vermədi, yoxsa "Kəpəz"in oyun sistemi problem yaratdı?
  •  
  • - Çempionat ortasıdı. İstək daha da yüksəlməlidi. Rəqibin də qələbəsinə kölgə salmaq istəmirəm. Bizim səhvlərdən sonra "Kəpəz" aktiv olurdu. Dayandığımız yerdə səhvlər baş verirdi. Ona görə deyirəm ki, səhv özümüzdədi. Özümüz bəzi şeyləri düzəltməliyik ki, daha yaxşı olaq.
  •  
  • - Problem məşqçilər korpusundadı, yoxsa ümumi olaraq, hamıda?
  • - Problem məndədi ki, komanda uduzur. Bu komandaya cavabdeh şəxs mənəm. Hər məsələyə açığam. Rəhbərlik də komandanı gücsüz görürsə, "Qəbələ" üçün ən yaxşısını etməyə hazıram.