Misli Premyer Liqasının XXV turunun "Sabah" - "Araz-Naxçıvan" oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Yaxşı, maraqlı, dinamik oyunun şahidi olduq. İki komanda da meydanda yaradıcılığı ilə seçilirdi. Komandanın performansından razı qaldım. Yaxşı oyunla bir xal qazandıq.

 

- Komandanın nisbi enişdən çıxdığını demək olar?

- Enişdə deyilik. Komandam möhkəmdir. 4 gün əvvəl "Zirə"ni məğlub edib, yarımfinala çıxdıq. Enişdə deyilik, itkilərimiz var. Yenə də komandam iddiasından əl çəkməyəcək.

 

- Ülvi İsgəndərovu növbəti oyunlarda startda görəcəyik?

- O, ehtiyat oyunçu deyil. Hər oyunçunun şans qazanması özündən asılıdır. Bu gün şansından yaxşı istifadə etdi.

 

- Hesabda iki dəfə geri düşsəniz də, bərabərliyi yaxaladınız. Qələbə üçün nə çatmadı? 

- Enişdə olan komanda belə geridönüşlər etməz. Zədəlilərimiz qayıdandan sonra daha yaxşı olacağıq.

 

Nuh Tarverdiyev