"Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə çoxlu yenilik olacaq". Sport24.az xəbər verir ki, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının Texniki idman direktoru Elgiz Abbasov məlumat verib.
O bildirib ki, əsas yeniliklər çempionatın formatı, komanda sayı və legioner limiti ilə bağlı məsələlərlə əlaqədardır: "Bu mövsüm artıq 12 komanda mübarizə aparacaq. Ötənilkindən fərlqli olaraq, bu mövsüm çempionat 3 dövrədən ibarət olacaq. Nəticə etibarilə komandaların ev və səfər oyunların sayında fərq yoxdur. Legioner limiti ötən mövsüm 7+4 idisə, bu il limit yoxdur. Rüsumlarda da dəyişiklik olub ki, bunu da bilirsiniz".
Abbasov Premyer Liqada komandaların infrastruktur problemlərinə də diqqət çəkib:
"Futbol hər zaman yeniliyi sevən idman növüdür. Artıq biz müəyyən dəyişikliklərə imza atmışıq. Komandaların infrastruktur problemi ola bilər. Biz daha əvvəl "Karvan" və "İmişli"nin stadionuna baş çəkmişdik. Oradakı stadionların vəziyyəti nəinki Premyer Liqa, hətta həvəskar səviyyədə futbol oynamağa da imkan vermirdi. Amma artıq hər iki klub təmir işlərinə başlayıb".
O, stadionlarla bağlı mövzunun PFL-i qayğılandığını vurğulayıb: "Çempionat başlamasına bir ay qalmış biz klublardan stadionlarını istəyirik. Hazırda 4 stadionla bağlı problem var. "Turan Tovuz"da iyulun 20-dən təmir işıəri başlayacaq. Bu müddətdə oyunlarını "Azersun Arena"da keçirəcəklər. Düzdür, tovuzlu azarkeşləri üzəcək. Amma infrasturukturla irla bağlı yaxşı addımdır, artıq təbii meydança olacaq".