Misli Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli" zalında təşkil olunan mərasimdə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, qurumun media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak edib.
Abbasov yeni mövsümlə bağlı müəyyən məlumatlar verib. Daha sonra püşkatmaya start verilib.
34-cü dəfə keçiriləcək və 12 komandanın - "Qarabağ", "Zirə", "Sabah", "Sumqayıt", "Neftçi", "Turan Tovuz", "Qəbələ", "Araz-Naxçıvan", "Kəpəz", "Şamaxı", "Karvan" və "İmişli"nin iştirak edəcəyi çempionatın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:
Azərbaycan Premyer Liqası
I tur
"İmişli" - "Turan Tovuz"
"Neftçi" - "Şamaxı"
"Sabah" - "Qarabağ"
'Sumqayıt" - "Kəpəz"
"Karvan" - "Qəbələ"
"Zirə" - "Araz-Naxçıvan"
Tədbirdə həmçinin III dövrədə ev sahibi olacaq komandanı müəyyənləşdirmək üçün püşk atılıb.
III dövrənin püşkatması
"Zirə" - "Kəpəz"
"Qarabağ" - ""Araz-Naxçıvan"
"Karvan" - "Sumqayıt"
'Şamaxı" - "İmişli"
"Sabah" - "Qəbələ"
"Neftçi" - "Turan Tovuz"
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.