FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək "Boraç" (Bosniya və Herseqovina) – "Panatinaikos" (Yunanıstan) oyununun baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Beniot Millot olacaq.
Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.