"Qarabağ"ın sonuncu oyunudur. Pley-off şanslarımız yoxdur. "Qarabağ" öz adı və imici naminə yaxşı oyunlarından birini göstərməyə çalışacaq". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov deyib.
Veteran futbolçu "Qarabağ"ın bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin son oyununda "Olimpiakos"la qarşılaşmada şanslarını belə dəyərləndirib:
"Hücum xəttində problem var. Juninyonun gedişindən sonra Nəriman Axundzadə və Musa Qurbanlı özünü yaxşı tərəfdən göstərməyə çalışır. Çox ağır oyundu. "Olimpiakos" son zamanlar yaxşı formadadır. "Qarabağ"dan çətin səfər oyununda xal və ya xallar gözləyirik".
Qeyd edək ki, yanvarın 31-də keçiriləcək "Olimpiakos" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 3 xalla 34-cü, Yunanıstan təmsilçisi isə 12 xalla 12-ci pillədə qərarlaşıb.