Premyer Liqamızda son turda maraqlı olay diqqət çəkdi. Sport24.az xəbər verir ki, vurulan 5 qolun hamısı fasilədən sonra oldu. Yəni, komandaların heç biri ilk 45 dəqiqədə qol vura bilmədi. İlk qol 51-ci dəqiqədə oldu ki, buna "Sumqayıt"ı meydanın mərkəzinə dəvət edən "Qəbələ"nin nigeriyalı hücumçusu Ceyms Adeniyi reallaşdırdı. 

Bu çempionatda keçirilən 17 turda 68 matça 169 qol vurulub. İndiyədək ilk hissədə qol vurulmaması olmamış, bu göstərici ən aşağı məhsuldarlıq XI turda qeydə alınmışdı - 1 qol. Maraqlıdı ki, onda da bu komandalar görüşmüş, sadəcə, meydan sahibləri fərqli olmuşdu. Fasiləyədək vurulan gəmin yeganə qolun müəllifinin də "Qəbələ"li olması diqqət çəkir. Onda bu komandanı digər əcnəbi hücumçusu - braziliyalı Rafael Utriq 16-cı dəqiqədə fərqlənmişdi və onda da "qırmızı-qaralar" minimal hesalı qələbə sevinmişdi. Yeri gəlmişkən, onda da turda cəmi 5 qolla antirekorda imza atılmışdı. 

Bu çempionatda məhsuldarlıq da məhz 2-ci 45 dəqiqədə olub. Çünki vurulan qolların heç 50 faizi ilk hissəyə təsadüf etməyib. Maraqlıdı ki, bunların sayı çempionatdakı ümumi matçların sayı qədərdi - 68. Əvəzində fasilədən sonra 101 qola imza atılıb.