Erve Renar Tunis millisinin yeni baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Romen Molina məlumat yayıb.
Onun sözlərinə görə, 57 yaşlı fransız mütəxəssisə müəyyən zəmanətlərlə milli komandaya rəhbərlik etmək təklif olunub.
Renar məşqçi karyerası ərzində Səudiyyə Ərəbistan, Mərakeş, Kot-d'İvuar, Anqolanı, Zambiya, Qana və bir sıra klubları çalışdırıb.
Qeyd edək ki, Tunis Futbol Federasiyası DÇ-2026-nın ilk oyununda millinin İsveçə 1-5 hesabı ilə məğlubiyyətindən sonra baş məşqçi Sabri Lyamuşini istefaya göndərib.