Argentina DÇ-2026-ya böyükhesablı qələbə ilə start verib. Sport24.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi J qrupunun ilk oyununda Əlcazair ilə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini Lionel Messi həll edib. Dünya futbolunun ulduzu Knzas stadionunda baş tutan matçda rəqib qapısından 3 top keçirib. Argentina millisinin kapitanı 17, 60 və 70-ci dəqiqədə fərqlənməklə davam edən dünya çempionatında ilk het-trik edən futbolçu kimi tarixə düşüb.