DÇ-2026-da oyun idarə edəcək hakimlərin əldə edəcəkləri gəlirləri açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

 

Mundialda fit çalacaq baş hakimin qonorarı minimum 70.000 dollar, köməkçi hakimdə isə bu rəqəm 25.000 dollar olacaq.

 

Hər qrup mərhələsi matçında baş hakim əlavə 3000 dollar, köməkçi hakimlər və VAR-da oturanların hər biri isə 2500 dollar qazanacaq.

 

Mənbənin sözlərinə görə, sonrakı mərhələlərdə baş hakimlərin qonorarları 10.000, köməkçilərin isə 5.000 dollar təşkil edəcək.  

 

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində Kanada, ABŞ və Meksikada keçiriləcək. Tarixdə ilk dəfə olaraq turnirdə 48 komanda iştirak edəcək.