"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, İsmayıl Zülfüqarlı "ağ-qaralar"la vidalaşıb.

 

24 yaşlı müdafiəçisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

 

"2011-ci ildə akademiyasında başlayıb, 2019-cu ildən əsas komandasına qalxdığım və məni İsmayıl Zülfüqarlı edən "Neftçi" ailəsi ilə artıq yollarımız ayrılır. "Ağ-qara" tarixin bir parçası olmaq mənim üçün hər zaman qürurverici oldu. Bu illər ərzində mənə dəstək olan klub rəhbərliyinə, məşqçilərimə, azarkeşlərimizə, klubda əziyyətimizi çəkən bütün işçilərə minnətdaram. Nə az, nə çox, 14 il ərzində saysız anlar, saysız xoşbəxtliklər, yaxşı dostlar və yaxşı məşqçilərlə böyük təcrübə qazandım. İnşallah, irəlidə yenidən görüşmək ümidiylə. Hər zaman, hər yerdə ən böyük "Neftçi".

 

Qeyd edək ki, İsmayıl Zülfüqarlı ötən mövsüm icarə əsasında "Turan Tovuz"da çıxış edib.