Azərbaycan Premyer Liqasının sabah keçiriləcək XXVII turunu 5 futbolçu buraxacaq. Sport24.az xəbər verir ki, çempionluğa iddialılar mərkəz müdafiəçilərin xidmətindən məhrum qalıb.

Belə ki, "Qarabağ"da kolumbiyalı legioner Kevin Medina "Keşlə"ylə ev, "Neftçi"də millimizin üzvü Mert Çelik "Sumqayıt"la səfər matçını buraxacaq. Hər ikisi 4-cü sarı vərəqlərini aldıqlarından cəzalı duruma düşüblər.

Onların rəqiblərində də cəzalı futbolçular var. Belə ki, "Sumqayıt"da mərkəz müdafiəçisi Cəmaləddin Xocaniyazov qırmızı vərəqənin cəzasını çəkməkdə davam edirsə, "Keşlə"nin kamerunlu hücumçusu Anatole Abanq 4-cü sarı vərəqənin əziyyətini çəkir. 

"Sabah"da həm futbolçu, həm də məşqçi cəzalıdı. Özü də hər iki həmyerlidi - serbiyalı. Komandanın fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiçdə AFFA-nın İntizam Komitəsinin çəkdiyi cəza sürürsə, müdafiəçi Filip İvanoviç yenidən cəzalı olub. Çünki bu legioner elə Yevtiçin də cəzalı duruma düşdüyü "Meftçi"ylə ev matçında qırmızı vərəqə almışdı. Bu, 2 sarı vərəqədən ibarət olduğudan cəza 1 oyunluq idi. Qayıdandan sonra isə bu dəfə cari çempionatda 4-cü "sarı"sını alan İvanoviç yenidən cəzalı durumla üzləşib. "Sabah" bu turda "Qəbələ"nin qonağı olacaq.