"Neftçi"nin bir qələbə ilə geridönüş etdiyini deyə bilmərəm". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.

 

"Ağ-qaralar"ın sabiq idman direktoru "Neftçi"nin Premyer Liqanın X turunda "Səbail" üzərindəki qələbəsini (1:3) şərh edib: "Səbail"ə qalib gəlməli idilər. Buna inanırdım. Samir Abasov 1 həfətdir komandanı götürüb. Oyun planında dəyişiklik edə bilməz. Futbolçularda istək var idi. Məhz bu səbəbdən "Səbail"dən üstün oldular. İnanıram ki, "Neftçi" bu heyətlə avrokublara vəsiqə qazanacaq.

 

Qeyd edək ki, "Ağ-qaralar" cari mövsümdə ilk qələbəsini X turda rəsmiləşdirib.