"Top Sport Management" şirkəti mənimdi. Xeyli vaxt idi şəxsi agentliyimin olmasını arzulayırdım. Təbii ki, nə qədər uğurlu olacağını zaman göstərəcək. Amma məhsuldar işimizlə diqqət çəkəcəyimizə inanıram". Bu sözləri Sport24.az saytına açıqlamasında Ceyhun Sultanov bildirib.


Veteran futbolçu menecerlik şirkətinin coğrafiyasının geniş olacağını da vurğuladı: "Şirkətimiz bütün istiqamətlərdə çalışacaq. İstər yerli, istər Avropa, istər Asiya, istərsə də okeanın o tayı olsun. Futbolçularımızı ölkə xaricinə çıxarmaqda da maraqlıyıq. Nə qədər çətin olsa da, bu sahədə maksimum çalşacağıq".


Qeyd edək ki, millinin sabiq üzvü futbolçu karyerasını başa vurduqdan sonra "Sumqayıt" və "neftçi"nin idman direktoru postunu tutub.

ABDULLA İSMAYILOĞLU