"Komandada abu-hava yaxşıdır. Ciddi şəkildə "Araz-Naxçıvan"la oyuna hazırlaşırıq. Vaxt ötdükcə daha yaxşı olacağıq". Bu sözləri Sport24.az-a açıqlamasında"Zirə"nin futbolçusu Ceyhun Nuriyev deyib.
O, komandasının ilk dövrədəki çıxışını da dəyərləndirib:
"Daha yüksək yerdə olmalı idik və bunu da çalışırdıq. Mövsümün ilk yarısı enişli-yoxuşlu oldu. Qış fasiləsindən sonra sabitliyi yaxalamaq lazımdı".
Nuriyev "Zirə"nin ikinci dövrədə hədəfinin avrokuboklara vəsiqə qazanmaq olduğunu vurğulayıb:
"Qışa qədər etdiyimiz səhvləri bilirik və onu təkrarlamamalıyıq. Məqsədimiz avrokuboklara vəsiqə qazamaqdı".
Qeyd edək ki, "Zirə" qış fasiləsinə 30 xalla 4-cü pillədə yollanıb.