Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da yeni mövsümdə ilk rəsmi matçına çıxacaq. 

 

Ağdam klubu Cəbəllütariqdə ötən il də qarşılaşdığı "Linkoln"un qonağı olacaq. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək. 

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı 1 həftə sonra Bakıda keçiriləcək.

 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. "Linkoln" - "Qarabağ" 0:2 (2-ci hissə)

Qollar: Juninyo, 45+2. T.Bayramov, 75

Baş hakim: İştvan Vad (Macarıstan)

Cəbəllütariq, "Europa point stadium"

"Linkoln": 1. Nauset Santana, 6. Bernardo Lopes, 10. Andre Tjey de Barr, 11. Culian Valerino, 15. Rafael Munyos, 18. Toni, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent

Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas

"Qarabağ": 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo

Ehtiyat oyunçular:  1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov,  30. Abbas Hüseynov,  2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica