21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 18-də Bakı vaxtı ilə saat 22:00-da "Europa Point Stadium"da keçiriləcək Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:

 

18 noyabr

 

Cəbəllütariq (U-21) - Azərbaycan (U-21)

 

"Europa Point Stadium". Saat 22:00

Baş hakim: Andrei Çivulete

Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula

Dördüncü hakim: George Katalin Roman

(Hakimlər briqadası Rumıniyadandır)