"Bursaspor"un azarkeşləri Namiq Ələsgərovun TFF 1-ci liqada "Altınordu" ilə səfər oyununda meydana çıxmamasına etiraz edib. Sport24.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, fanatlar 26 yaşlı yarımmüdafiəçinin ehtiyat oyunçular skamyasında əyləşməsini doğru qərar hesab etməyib.
Belə ki, "timsahlar"ın baş məşqçisi Fatih Təkkə 1:2 hesabı ilə uduzduqları matçda millimizin üzvünə şans verməyib. Bu yerdə bildirək ki, 26 yaşlı Ələsgərov yığmanın DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:2 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində, İrlandiya ilə 1:1 heç-heçə etdikləri və Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları qarşılaşmalarda isə start heyətdə meydana daxil olub.
Xatırladaq ki,Əlsəgərov "Bursaspor"a keçəndən az sonra baş məşqçi postuna dəyişiklik nəticəsində Təkkə bu vəzifəyə gətirilib.