"Səbail" Azərbaycan Kubokunda 1/8 final mərhələsində MOİK-ə səfərdə 4:0 qalib gələrək adını 1/4 finala yazdırıb. Sport24.az xəbər verir ki, matçdan sonra qalib komandanın şçalışdırıcısı Mahmud Qurbanov görüşlə bağlı danışaraq Premyer Liqa ilə I Divizion klublarının oyunların həmişə gərgin keçdiyini vurğulayıb: "Çünki kubokdur, mərhələ də bir oyundan ibarətdir. Qələbə qazandıq. Amma o demək deyil ki, asanlıqla başa gəldi. MOİK yaxşı komanda təsiri bağışladı. Nəticədən razı qaldıq".
Qurbanovun narazı qaldıqları epizodun bolqar yarımmüdafiəçisi Emil Martinovun oyunun əvvəlində zədələnməsi olub: "Bu, bizi narahat edir, ancaq uşaqlardan və nəticədən razı qaldım".
Xatırladaq ki, "Səbail" 1/4 finalda "Sabah" - "Qaradağ Lökbatan" cütünün qalibi ilə görüşəcək.