Bu gün Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off qarşılaşması baş tutacaq. Sport24.az xəbər verir ki, "ASCO Arena"da İkinci Liqada 13-cü pilləni tutan klubla AFFA Region Liqasının finalçısı üz-üzə gələcək.
"Lerik" "Şirvan"la qarşılaşacaq. Bu matçda qalib gələcək komanda növbəti mövsüm İkinci Liqada mübarizə aparacaq. Məğlub olan komanda isə Region Liqasında iştirak edəcək.
Matçı FİFA referiləri idarə edəcəklər.
Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off oyunu
16:00 "Lerik" - "Şirvan"
Baş hakim: Əliyar Ağayev
Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Əli Əliyev
Hakim-inspektor Babək Quliyev
AFFA nümayəndəsi Emin Cəfərov