AVRO-2024-ün son turu çərçivəsində az öncə start verilən Belçika - Azərbaycan matçından əvvəl xoşagəlməz olay yaşanıb. Sport24.az xəbər verir ki, Brüsseldəki oyunda ölkəmizə qarşı böyük hörmətsizlik edilib.

Belə ki, Azərbaycanın Dövlət Himni səsləndirilməyərək onun yerinə İsveç himni çalınıb.

AFFA rəsmilərinin məsələyə müdaxiləsindən sonra yanlışlıq aradan qaldırılıb və Azərbaycan himni səsləndirilib. Bunu bir müddət gözləmək lazım gəlib və həmin vaxt rəqibin kapitanı, ulduz futbolçu Romelo Lukakunun etirazı diqqət çəkib.

Beləliklə, “Kinq Baudouin” stadionundakı qarşılaşma nəzərdə tutulduğundan 2-3 dəqiqə gec start götürüb.