Futbol üzrə Braziliya millisinin sabiq hücumçusu Vaqner Lav karyerasını Azərbaycanda davam etdirə bilər.

Sport24.az xəbər verir ki, bu barədə 38 yaşlı hücumçunun agenti Evandro Ferreyra açıqlama verib.

Agent bildirib ki, Lav Azərbaycan, Türkiyə və Braziliya klubları ilə danışıqlar aparır.

Son klubu Danimarka “Midtyulland”ı olan Lav Rusiyanın ÇSKA, Fransanın “Monako”, Türkiyənin “Alanyaspor”, “Beşiktaş” və Qazaxıstanın “Kayrat” komandalarında da forma geyinib. Braziliya millisində 25 oyuna çıxmış forvard, 9 qol vurub.

Daha əvvəl “Sabah” klubunun braziliyalı forvardla maraqlandığı bildirilmişdi.