Bu gün Premyer Liqanın XV turu çərçivəsində 2 matç keçiriləcək. Sport24.az xəbər verir ki, Tovuzda yerli "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək.

Son turlar "qara zolağa" düşən "boz qurd" hazırda 3-cü pillədə qərarlaşan "kimyaçılar"ı məyus edib mövsümdə 5-ci qələbəsini rəsmiləşdirməyə çalışacaq. Qazanılacaq 3 xal son vaxtlar komandanın çıxışından narazı qalan azarkeşlərin də könlünü xoş edə bilər.

"Sumqayıt" isə ilk "üçlük"də yerimi qorumaq üçün çətin Tovuz səfərindən də əlidolu dönməyi planlaşdırır.

Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 18:30-da səslənəcək.

Misli Premyer Liqası

XV tur

2 dekabr

18:30. "Turan Tovuz" – "Sumqayıt" 2:2 (2-ci hissə)

Qollar: L.Paçu, 48. O.Con, 54 - E.Bədəlov, 6. R.Kehat, 36.

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz. Şəhər stadionu

 

"Turan Tovuz": 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con. 11. Ayxan Quseynov, 79. Martin Petkov

Baş məşqçi: Ayxan Abbasov

 

"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka

Məşqçi: Mübariz Orucov