Bu gün Premyer Liqanın XVI turu çərçivəsində daha iki qarşılaşma keçiriləcək.

 

Sport24.az xəbər verir ki, Qəbələdə eyni adlı komanda ilə "Kəpəz" üz-üzə gələcək. Bu oyun hər iki komanda üçün həyatı əhəmiyyət daşıyır.

 

Meydan sahibləri qalib gələcəyi təqdirdə sonuncu pillədə qərarlaşan "sarı-göylər"lə xal fərqini 4-ə çatdıracaq. Qonaqlar səfərdən 3 xalla döbəcəyi halda "qırmızı-qaralar" turnir cədvəlinin dibinə yuvarlanacaq. Odu ki, hər iki komanda üçün bu qarşılaşmanı 6 xallıq matç kimi dəyərləndirmək mümkündü.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.

 

Misli Premyer Liqası

9 dekabr

15:00. "Qəbələ" – "Kəpəz" 0:3 (2-ci hissə) 

Qol: G.Papunaşvili, 6; 71. A.Niane, 70

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ. Şəhər stadionu.

 

Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov

 

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo

 

Baş məşqçi: Elmar Baxşıyev

 

"Kəpəz": 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior

 

Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal

 

Baş məşqçi: Adil Şükürov