Rumıniyanın "Dinamo" klubunda çıxış edən futbolçu Kennedi Boatenqin "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.
Tərəflər arasındakı danışıqlar uğurlu olmayıb. Belə ki, Buxarest təmsilçisinin baş məşqçisi Jelko Kopiç 28 yaşlı toqolu mərkəz müdafiəçisinin komandada qalmasını istəyib.
Qeyd edək ki, Kennedi Boatenqin "Dinamo" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Oyunçunun dəyəri Transfermarktda 1 milyon avro olaraq göstərilib.