Birinci Liqada VII turun hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, hesabat həftəsin qarşılaşmalar iki günü əhatə edəcək.

 

Turun mərkəzi qarşılaşması hesab olunan "Mingəçevir" - "Şəfa" matçında ədaləti İslam Məmmədov qoruyacaq.

 

Qeyd edək ki, aktivində 16 xal olan "Şəfa" birinci, "Mingəçevir" isə üçüncü pillədə qərarlaşıb.

 

5 noyabr (çərşənbə)

14:00. "Bakı Sportinq" – "Cəbrayıl"
Hakimlər: Ruslan Quliyev, Rəşad Quliyev, Sənan Atayev, Murad Səlimov
Buzovna qəsəbə stadionu

14:00. "Mingəçevir" – "Şəfa"
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Orxan İbişov, Şamil İmanzadə
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

15:00. "Səbail" – MOİK
Hakimlər: Alik Yunusov, Nurlan Əhmədzadə, Elman Kərimov, Əkbər Əhmədov
"ASCO Arena"

 

6 noyabr (cümə axşamı)

14:00. "Şahdağ Qusar" – "Şimal"
Hakimlər: Səbuhi Bayramov, Səbuhi Əmrahov, Aydın Bəxşiyev, Mahmud Bağırzadə
Şamaxı OİK stadionu

14:00. "Difai" – "Zaqatala"
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Samir Qaracayev, Rövşən Rəcəbov
Ağsu şəhər stadionu