Rusiya və Belarus millilərinin ardıcıl 2 mövsüm hokkey üzrə dünya çempionatından kənarda qaıması mundialdakı rəqabətə müəyyən mənada mənfi təsir göstərib. Sport24.az xəbər verir ki, bəziləri bu komandaların turnirdən kənarlaşdırmasını siyasi amillə əlaqələndirir.

Amma Beynəlxalq Hokkey Federasiyası (İİHF) bu fikirlərlə razılaşmır. Qurumun prezidenti Lük Tardiff konfrassda çıxışı zamanı qərarlarını belə izah edib: “İİHF-nin qəbul etdiyi hər bir qərar Rusiya və Belarus tərəfinin müdafiəsinə hesablanıb. Qətiyyən siyasi qərarlar qəbul etməmişik. Ümumiyyətlə, siyasi müzakirələri yaxın buraxmırıq. Müzakirə obyektimiz yarışlar və idmandı".