"Mövsümün ilk oyunu həmişə çətin keçir. "Dinamo"ya böyükhesabla qalib gəlsək də, komanda tam formada deyil". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin futbolçusu Bəhruz Teymurov deyib.

Təcrübəli futbolçu ölkə çempionatında keçirdikləri ilk - "Dinamo" ilə oyunu dəyərləndirib:

"Şükürlər olsun ki, ikinci hissədə 4 qol vuraraq qalib gəldik. Sevinirəm ki, "Xankəndi"də ilk qolumu vurdum və tarixi qələbə qazandıq. Daha çox fərqlənməliyəm ki, çempion olaq. Rəhbərlik komandanın qarşısına məhz çempion olaraq, Birinci Liqaya yüksəlməyi hədəfi qoyub. Maksimum 3 transfer də olunsa, bu komanda nəinki İkinci Liqa, hətta, Birinci Liqada çempionluğa oynayar. Ötən mövsümə nisbətən heyətin 80 faizində dəyişiklik olunub. Buna baxmayaraq, komandaya yeni qoşulan futbolçular bir-birini yaxşı tanıyır. Turlar keçdikcə, komanda daha yaxşı olacaq".

Qeyd edək ki, "Xankəndi" ölkə çempionatının ilk turunda "Dinamo"nu 4:0 hesabı ilə məğlub edib.