Premyer Liqanın XXX turuna Masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, qarşısına avrokuboklara vəsiqə qazamaq məqsədi qoyan "Sabah" "doğma divarlar" arasında artıq çempionluğu təmin "Qarabağ"ı qonaq edəcək.

 

Qurban Qurbanun komandası üçün bu oyunun əhəmiyyəti qalmasa da, meydan sahibləri üçün 3 xal hava-su kimi lazımdı. Ancaq bu o demək deyil ki, "süvarilər" meydana motivasıyasız çıxacaq. Ağdamlılar həm qələbə seriyasını davam etdirmək, həm də dünən 52 yaşını qeyd edən Qurbanova doğum günü hədiyyəsi etməyi düşünür. "Bayquşlar" isə qələbə qazanacağı təqdirdə "Turan Tovuz"u qabaqlayaraq 5-ci pilləyə yüksələcək.

 

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Zirə" ilə heç-heçə oynayıb, "Turan Tovuz" "Qəbələ"yə 2:1, "Neftçi" isə "Araz Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib.

 

Misli Premyer Liqası

IV dövrə, XXX tur

19:00. "Sabah" – "Qarabağ" 3:2

Qol: Amin Seydiyev, 16. Sekidika, 38- Leandro Andrade, 7. Nəriman Axundzadə, 77
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev

Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Masazır. "Bank Respublika Arena"

"Sabah": 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 9. Anatoli Nuriyev, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 53. Fəxri Məmmədli, 66. Əhməd Tanrıverdiyev, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh

Baş məşqçi: Krunoslav Renduliç

"Qarabağ": 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva

Baş məşqçi: Qurban Qurbanov