Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Masazırda baş tutacaq.
"Sabah" "doğma divarlar" arasında "Şamaxı"nı qəbul edir. "Bayquşlar" "şirlər"i məğlub edəcəyi təqdirdə turnir cədvəlində 3-cü pilləyə yüksələcək. Ancaq bunun o qədər asan olmayacağı bəllidir. Ayxan Abbasovun baş məşqçisi olduğu "Şamaxı" asan təslim olan komandalardan deyil. Qonaqlar da səfər matçında xal və xallar qazanmaq istəyir ki, təhlükəli zonadan uzaqlaşsın.
Qeyd edək ki, bu komandalar arasında I dövrədə baş tutan görüşdən "Sabah" qalib ayrılıb - 2:1.
Misli Premyer liqası
II dövrə, XII tur
15:00. "Sabah" - "Şamaxı"
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Masazır. "Bank Respublika Arena".
"Sabah": 92. Stas Pokatilov 2. Amin Seydiyev (k)88. Xəyal Əliyev20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 46. Aleksey İsayev 10. Anatoli Nuriyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 89. Cəfər Muxtarov 11. Kahim Parris 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 90. Davud Mənsumov 6. Antonio Lara.
Baş məqçi: Ayxan Abbasov.