"Real" mülkiyyət modelində əhəmiyyətli bir dəyişiklik etməyi düşünür.  İspaniya klubu iki böyük investorun təkliflərini qiymətləndirir. Qlobal investisiya şirkəti Sixth Street və LVMH-ni təmsil edən iş adamı Bernard Arnault. Sport24.az "Voz Populi"yə istinadən xəbər verir ki, bu qruplar Madrid təmilçisinin təxminən 1 milyard avro dəyərində səhmlərinin təxminən 10 faizini əldə etməyə hazır olduqlarını bildiriblər.

 

Bu layihə təsdiqlənərsə, "Real"ın yeni maliyyə dövrünə qədəm qoyacağı bildirilir. Klub idman və infrasturuktura nəzarəti əldə saxlayacaq, eyni zamanda inkişaf və modernləşmə üçün lazım olan əlavə resursları alacaq. Bu, komandanın ən yüksək səviyyədə rəqabət qabiliyyətini qorumağa imkan verəcək.